AZ

Kreml nüvə silahları ilə təlimlərin səbəbini açıqladı

Qeyri-strateji nüvə silahları ilə keçirilən təlimlər Qərbdən Ukraynaya qoşun yeritməyə hazır olduqları barədə bəyanatlarla bağlıdır.

Yenisabah.az TASS-a istinadla xəbər verir , bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Qərbin məlum bəyanatlarını "təhlükəli" adlandırıb.

Kreml sözçüsünün sözlərinə görə, gərginliyin artmasının bu yeni mərhələsi misilsizdir, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Putinin tapşırığı ilə yaxın vaxtlarda Cənub Hərbi Dairəsi və Hərbi Dəniz Qüvvələrinin raket birləşmələri ilə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb. Təlimlər zamanı qeyri-strateji nüvə silahlarının işlənilməsi və tətbiqi praktikası üzrə bir sıra kompleks tədbirlər həyata keçiriləcək.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
yenisabah.az

5Mənbələr