AZ

Səlim Babullaoğlu: "Həmid Herisçini süngü ilə qarşılayanlar..."

"Həmid Herisçiyə üzvlüyü mən təklif etdim..."

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi, qəbul komissiyasının sədri Səlim Babullaoğlu AYB-nin Birliyə qəbul məsələləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birliyin qapısı bütün istedadlı insanlara açıqdır:

"Bu, Qəbul komissiyasının sədri olaraq mənim borcumdur. Biz istəyirik ki, birliyə keyfiyyət əmsalı yüksək adamlar üzv olsunlar. Onun yaradıcı portensialı mədəni-ədəbi layihələrə şərait yaradacaq. Həmid Herisçi ilə ilin sonuna qədər yeni layihələr təqdim edəcəyik. Yazıçılar birliyinin qapısı bütün istedadlı və əxlaqlı insanlara açıqdır. Həmid Herisçinin birliyə üzv olmasını süngü ilə qarşılayanlar oldu. Onlara ayıb olsun. Onlar birliyə üzv olan, burdakı şəraitdən yararlanan adamlar olublar..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
kulis.az

1Mənbələr

Şərh ()
Bağla