AZ

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev BiG.AZ-a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya və demarkasiya ilə bağlı irəliləyişlərin olacağını ehtimal edilir:

"Bu proses çox uzun çəkir. Müəyyən irəliləyişlər olacağını gözləyirəm. Amma konkret irəliləyişin nədən ibarət olacağını demək çətindir. Delimitasiya və demarkasiya ilə bağlı irəliləyişlərin olacağını ehtimal edirəm. Almatının seçilməsi maraqlıdır. Çünki Ermənistan tərəfi həmişə şikayətlənir ki, Azərbaycan Almatı bəyannaməsini tanımır. Azərbaycanın Almatını seçməsi maraqlıdır. Biz artıq sülhyaratma prosesinə girmişik. Sərhədlə bağlı irəliləyiş olacağını düşünürəm".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
big.az

1Mənbələr

Şərh ()
Bağla