AZ

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur -ŞƏRH

Bakı, 6 may, Rabil Kətanov, AZƏRTAC

Gürcüstan Qafqazın qədim və köklü adət-ənənələri olan bir dövlətdir. Tarixin sınaqlarından çıxaraq bugünkü müstəqlil dövlətə çevrilən qonşu Gürcüstan o qədər də sabit və rəvan günlərini yaşamır. Keçmiş Sovet İttifaqına daxil olan digər respublikalar kimi, Gürcüstan da müstəqilliyinin ilk illərində siyasi-iqtisadi xarakterli problemlərlə qarşılaşsa da, tədricən inkişaf istiqamətində addımlar atırdı.

Lakin Qərbin regiona getdikcə daha çox nüfuz etməsi nəticəsində “demokratiya oyunları” başladı ki, bunun da məntiqi davamı olaraq qonşu və dost dövlətdə, sadə dillə desək, ara qarışdı.

ABŞ-da təhsil alan Mixeil Saakaşvili Gürcüstanda hakimiyyətə birbaşa rəsmi Vaşinqtonun dəstəyi ilə həyata keçirilən Qızılgül inqilabı nəticəsində gəldi və ölkəni 200 ildən artıq tarixi bağlılığı olduğu məkandan qoparıb Qərbə istiqamətləndirməyə başladı. İqtisadi və siyasi əlaqələr, hərbi vəziyyət, regional siyasi proseslər və milli maraqlar nəzərə alınmadı. Bu “demokratiya oyunu” 2008-ci ildə Gürcüstanı Cənubi Osetiya və Abxaziyanı itirmək məcburiyyətində buraxdı. Qərb dövlətləri buna seyrçi mövqeyində qalaraq səslərini çıxarmadı. Sadəcə olaraq, quru bəyanatlarla kifayətlənən ABŞ və Avropa qurumları Gürcüstana dəstək olmadı. Demokratiya və sosial rifah əvəzinə, Gürcüstan minlərlə məcburi köçkün, eləcə də iqtisadi gərginlik “qazandı”.

Bu gün Gürcüstan hakimiyyəti tarixdən dərs alaraq rəngli inqilablara son qoymaq, geosiyasi oyunlarda vasitə olmamaq və müstəqil yolla inkişafı davam etdirmək qərarına gəlib. Gürcüstan parlamentinin “Xarici Təsirin Şəffaflığı haqqında Qanun” qəbul edib ki, bu da Qərbin xoşuna gəlməyib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yeni qanun dövlətin daxili işlərinə kənar və xarici müdaxilələri məhdudlaşdırır.

Acı təcrübədən aydın olur ki, ölkədəki qeyri-hökumət təşkilatları (QHT), mətbuat orqanları, hətta siyasi partiyalar ABŞ-dan göndərilən qrantlar hesabına fəaliyyət göstərir və bu fəaliyyət əsasən hökumətə nəzarət etmək, onun Qərbə uyğun olmayan siyasətinin qarşısını milli maraqlara zidd olsa belə almaq üçün istiqamətləndirirlib. Bu, heç də yeni siyasi texnologiya deyil. Qərb XVIII əsrin sonlarından başlayaraq bu və ya digər ölkələrdəki marjinal qrupları maliyyələşdirərək özünə sadiq olmayan hakimiyyəti devirib yerinə “demokratik düşüncəli” şəxsi gətirir və həmin ölkənin dövlət siyasətini müəyyənləşdirir. Əlbəttə ki, milli maraqlar, xalqın sosial vəziyyəti və digər problemlər Qərbi qətiyyən düşündürmür.

Qlobal siyasətdə bu gün fəal rol oynamağa can atan Fransa və bəzi böyük Avropa ölkələri Afrika, Asiya, Latin Amerikasındakı xalqları və dövlətləri məhz bu yolla müstəmləkəyə çevirə bilmişdilər.

Yeni dövrdə Cənubi Qafqaz dövlətlərini də kreditlər, qrantlar, müxtəlif sosial proqramlar vasitəsilə nüfuz dairəsinə salıb müasir dövrün müstəmləkəsinə çevirməyə can atırlar. Ermənistan artıq bu “tələyə” düşüb, növbə Gürcüstanındır. Görünür, Gürcüstanın ərazi itkisi və digər məsələləri Qərbi qətiyyən narahat etmir.

Bu gün Gürcüstanda 25 min QHT fəaliyyət göstərir ki, bunların da saxlanması üçün milyardlarla dollar vəsait sərf olunur. Halbuki bu pullar Gürcüstan iqtisadiyyatına sərmayə kimi yatırılsaydı, daha yaxşı olardı, müttəfiqlik və xoş niyyət o zaman bilinərdi. Lakin Qərbin xalqın vəziyyətindən və milli dövlətin maraqlarından daha üstün maraqları var.

Gürcüstanın Prezident Administrasiyasının keçmiş rəhbəri Pyotr Mamradze mətbuata açıqlamasında bildirib ki, yeni qanuna etirazı gürcü xalqı deyil, yerli QHT-lər edir. Onların hər zaman meydana çıxarmağa ehtiyatda olan 5-10 min adamı olur. Bu aksiyalar isə Qərb mətbuatı tərəfindən şişirdilir. Xəbərlər elə təqdim olunur ki, guya bütün Gürcüstan ayağa qalxıb.

Hadisələr onu göstərir ki, Qərb Gürcüstandan sui-istifadə edib Rusiyaya daha güclü təzyiq etmək istəyir. Lakin Gürcüstanın da Ukrayna kimi müharibəyə cəlb oluna biləcəyini az da olsa nəzərə almır, bir sözlə, milli maraqlara məhəl qoymur.

Rəsmi Tbilisinin geosiyasi oyunlarda iştirak edib Rusiyaya qarşı alət olmaqdan imtinası onu Qərbin təzyiqi ilə üz-üzə qoyub. Hazırda Qərbin əsas məqsədi yeni rəngli inqilabla Gürcüstanın xalq tərəfindən seçilmiş hökumətini dəyişdirmək və yerinə qrant verdiyi QHT rəhbərlərindən birini gətirməkdən ibarətdir. Əlbəttə ki, ölkənin yeni rəhbəri vaxtilə aldığı qrantların və bunun hesabına hakimiyyətə yiyələnməyin haqqını verməlidir.

Maraqlı cəhət ondan ibarətdir ki, bütün bu siyasi hadisələr Qərb tərəfindən yüksək səslə bəyan olunan “insan hüquqlarının qorunması”, “demokratiya”, “azad mətbuat” kimi şüarlar altında həyata keçirilir. Qərbin region dövlətlərinə gətirdiyi “demokratiya” özünü 2008-ci ildə Gürcüstanda, 2021-ci ildən başlayaraq isə Ukraynada çox qabarıq şəkildə göstərir. Bu “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur.

Qərb “demokratiyası” artıq Moldovanı da bürüməyə başlayıb. Ölkənin hökuməti qərbyönümlü siaysət aparır, Qaqauz muxtar vilayəti isə bunu istəmir.

Cənubi Qafqazın sabit inkişaf edən dövləti olan Azərbaycan bu kimi mənfi halların qarşısını 2010-cu ildə aldı. Ölkədə dövlətin qanunlarına və milli maraqlarımıza zərər vuracaq təşkilatların xaricdən maliyyələşməsinə son qoyuldu və bu gün xalqımız bunun bəhrəsini görür, sabitlik və davamlı inkişaf şəraitində yaşayır.

Qonşu dövlətlərdə hazırda davam edən siyasi proseslərin hansı nəticələrə gətirib çıxaracağını isə zaman göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
azertag.az

1Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh