AZ

Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
unikal.az

10Mənbələr

Şərh ()
Bağla