AZ

Keyn zəhmətinin bəhrəsini görəcək

Harri Keyn cari mövsümdəki uğurlu oyununa görə 250 min avro mükafat alacaq.

Bu məlumatı “Bild” qəzeti yayıb.

“Bavariya”nın hücumçusunun müqaviləsində mövsüm ərzində bütün turnirlərdə 40-dan çox qol vuracağı və ya məhsuldar ötürmə verəcəyi halda 250 min avro mükafat alacağı haqda bənd var. Keyn “Bavariya”nın formasında bütün turnirlərdə 43 matçda iştirak edib, 43 qol vurub və 13 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 30 yaşlı ingilis futbolçu Münhen klubuna ötən yay “Tottenhem”dən keçib.

Harrinin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
football-plus.az

1Mənbələr