AZ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevinanadan olmasının 101 illiyinə həsr edilmiş “Qərbi Azərbaycanaqayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmikonfrans keçirilib.

Trend xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın DövlətHimni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyiuğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin, Ulu ÖndərHeydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətininsədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli LiderHeydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərinəsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımızaqayğısından və xüsusi diqqətindən danışıb.

Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olanPrezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevərmissiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən birikimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təminedilməsi istiqamətində dəstəyini göstərməkdədir.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham ƏliyevinQərbi Azərbaycana aid fikirlərinin yer aldığı videoçarx nümayişetdirilib.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və HüquqKomissiyasının sədri, hüquq elmləri doktoru, professor ZahidCəfərov “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları”mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Qərbi Azərbaycanaqayıdış indiki Ermənistan ərazisindən deportasiya olunmuşhəmvətənlilərimizin mənəvi və hüquqi haqqıdır.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətəqayıtdıqdan sonra Qərbi Azərbaycan mövzusunu yenidən gündəməgətirib və bu hadisəyə hüquqi-siyasi qiymət verib.

"Son 300 illik tarixdə Azərbaycan torpaqları zamanlaitirilmişdi. Amma Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdənsonra bu mənfi tendensiyalar sona çatdı”, - deyə Zahid Cəfərovvurğulayıb.

Konfransa onlayn qoşulan Ukrayna Milli Universiteti Odessa HüquqAkademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyevbildirib ki, azərbaycanlıların son illərdəki fəaliyyəti dünyaictimaiyyəti tərəfindən geniş şəkildə müzakirə edilir. Azərbaycanınqazandığı uğurlar bütün azərbaycanlılar üçün qürur mənbəyidir. O,beynəlxalq hüququn norma və prinsipləri, insan haqları, dövlətlərinərazi bütövlüyü barədə fikirlərini bölüşüb.

Daha sonra çıxış edən hüquq elmləri doktoru, professor KamilSəlimov deyib ki, Azərbaycanın müvafiq qurumları 1987-ci ildə Qərbiazərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırır.

Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərinaraşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki vəSiyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dairKonvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuşgeriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələrdinlənilib.

Həmçinin indiki Ermənistan ərazisindən qovulmuşazərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunmasınıəsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarınınhəyata keçirilməsini mümkün edən müasir beynəlxalq hüquqialətlərdən istifadə yollarından danışılıb.

Tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri,tanınmış hüquqşünaslar və icma üzvləri də “Qərbi Azərbaycanaqayıdışın beynəlxalq-hüquqi əsasları”, “Qərbi Azərbaycana qayıdışyeni tarixi mərhələnin böyük başlanğıcı olacaq”, “QayıdışKonsepsiyasının siyasi-hüquqi əhəmiyyəti”, “İnsan hüquqlarınahörmət beynəlxalq hüququn əsas normalarındandır..., amma!”, "QərbiAzərbaycan qadınlarının beynəlxalq hüquqda müdafiəsi” və sairmövzularda çıxış ediblər.

“Qərbi
“Qərbi
“Qərbi
“Qərbi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
22
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla