AZ

İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqlənib

Bakı. Trend:

Prezident İlham Əliyev İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklikеdilməsi hаqqındа Azərbaycan Respublikasının Qanununutəsdiqləyib.

Trend xəbər verir ki,Məcəllədəki dəyişikliyə əsasən, şəxsi axtarış şəxs inzibati qaydadatutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə,yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanınbilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənindəgizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır.Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxstərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş halistisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyatakeçiriləcək.

Bundan başqa, inzibati xətanın törədilməsində alət və yainzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsinbədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqdaşəxsi axtarış şəxsin soyundurulması ilə həyata keçirilə bilər. Buhalda videoçəkilişdən istifadəyə yol verilmir və barəsində şəxsiaxtarış aparılan şəxsin bədən üzvləri eyni cinsdən olan tibb işçisitərəfindən, təcrid olunmuş yerdə yoxlanılır. Tibb işçisi onuniştirakı ilə həyata keçirilən bu prosessual hərəkətin məzmununu vənəticəsini protokolda öz imzası ilə təsdiq edir və olduğu halda özqeydlərini protokola daxil edir. Həmin şəxs bu Məcəllənin 67-cimaddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.

Eyni zamanda, əşyaların (əl yükü, baqaj, ov və balıq ovualətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsizvideoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və yasahiblərinin iştirakı ilə həyata keçiriləcək. Şəxsi axtarış (buMəcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisnaolmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsizvideoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılacaq vəvideoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavəolunacaq.

Məcəlləyə görə, maddi sübutların qeydə alınması məqsədiləonların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyatvasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadəedilməsi barədə müvafiq qeyd aparılacaq və fotoçəkilişdən istifadənəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavəolunacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
10
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla