AZ

Bu şəxslər 1500 manat cərimələnəcək

Bakı. Trend:

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto vəya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinətəqdim edənlər cərimələnəcək.

Trend-inməlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklifedilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 376-cı maddəsində “qanunsuz”sözündən sonra “olaraq media subyektinə təqdim edilməsi, yaxud”sözləri əlavə edilir.

Dəyişiklikdən sonra inzibati xəta haqqında iş üzrə icraat zamanıfoto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsindəinzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığıolmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazmamateriallarının media subyektinə təqdim olunmasına görə vəzifəlişəxslər min manatdan min beş yüz manatadək məbləğdə cəriməediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
37
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla