Paşinyan Putinin inaqurasiyasında iştirak etməyəcək
Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O bildirib ki, Baş nazir qeyd olunan tədbirlə bağlı Moskvaya getməyəcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Vladimir Putin seçkilərdə qələbə qazanıb.
Şahanə Rəhimli
AzVision.az