AZ

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları Qarabağa səfər ediblər - FOTO

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin bir qrup əməkdaşı – mərkəzin direktoru Mehman Əliyev, ümumi işlər üzrə direktor müavini Namik Qasımov, Vətən müharibəsində şəhid olmuş mərkəzin əməkdaşı Mahsun Bağırzadənin atası Zahir Bağırov, Rameş Kərimov, şəhidin döyüş yoldaşları baş leytenant Elnur Talıbov, qazi Möhnət Səmədov, Sabirabad şəhidi Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov və Zəngəzur Cəmiyyətlər Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu Qarabağa səfər ediblər.

Bu barədə "Tehsil.biz"ə elmi mərkəzdən bildirilib.

Onlar Mahsun və onun döyüş yoldaşlarının savaşdıqları məkanları, Qubadlı rayonu Muradxanlı kəndini, daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və şəhid Əlisadət Ağayevin məzarını ziyarət edib, hərbi hissəyə baş çəkiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
tehsil.biz

1Mənbələr

Şərh ()
Bağla