AZ

Panamanı 2029-cu ilə kimi Xose Raul Mulino idarə edəcək

Panamada keçirilən növbəti prezident seçkilərinin qalibi məlum olub. Belə ki, səslərin 88 faisizinin sayılmasından sonra məlum olub ki, prezident seçkilərində Xose Raul Mulino qalib gəlib. O,səslərin 39,7 faizini toplayıb.

Korrupsiyaya qarşı mübarizə məqsədi ilə yaradılan “Başqa yol” hərəkatının lideri Rikardo Lombana Muinodan xeyli geri qalıb. O səslərin 28,4 faizini toplaya bilib.

Panamanın keçmiş prezidenti Martin Torrixos isə rəqiblərindən xeyli geridə qalıb. O səslərin cəmisı,18,2 faizini əldə edib.

Öz növbəsinddə prezident seçkilərinin keçirilməsinə məsul olan Panama Seçki Tribunalı Xose Raul Mulinonu prezident seçilməsi münasibəti ilə təbrik edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
oxumeni.az

1Mənbələr

Şərh ()
Bağla