AZ

Paşinyan Putinin inaqurasiyasına qatılmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcək. News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Saytlar Ermənistan parlamentinin spikeri Alen Simonyana istinad ediblər. Spiker baş nazirin Moskvaya səfərinin planlaşdırılmadığını açıqlayıb.

Qeyd edək ki, mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçiriləcək. Ermənistanın baş naziri son bir ildə Vladimir Putinlə münasibətlərdə gərginlik yaşayır. 

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
news365.az

1Mənbələr

Şərh ()
Bağla