AZ

PAŞİNYANI DEVİRMƏK PLANI İŞƏ SALINIB - Erməni kilsəsi hakimiyyəti Paşinyanın öz üsulu ilə yıxmağa çalışır

Keşiş Baqrat Ermənistan müxalifətinin yeni “liderinə” çevrilib

İstər seçkilərdə, istərsə də ümumilikdə siyasi mübarizədə fiaskoya uğramış rusiyapərəst və revanşist erməni müxalifəti bu dəfə erməni kilsəsini qabağa vermək qərarına gəlib. Son günlər Qazaxın 4 kəndinin qaytarılmasına dair razılaşmadan və sərhədlərin demarkasaiyası prosesinin başlanmasından Paşinyan hakimiyyətinə qarşı istifadə etmək cəhdinə erməni kilsəsi başçılıq etməyə başlayıb.

Açıq-aşkar siyasi mübarizəyə qoşulan və Tavuş rayonundakı etirazları qızışdıran erməni kilsəsinin arxiyepiskopu Baqrat Srbazan(Qalstanyan) ermənilərin dini lideri II Qareginin xeyir-duası ilə hərəkət etdiyini bəyan edib: “Müqəddəs Eçmiədzinin başçısı həmişə bizimlədir. Biz Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik. Erməni patriarxı bizim atamızdır, bizə xeyir-dua verir və bizə rəhbərlik edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
azpolitika.info

1Mənbələr

Şərh ()
Bağla