AZ

Yığmamızın 2 futbolçusu “Qalatasaray”la Türkiyə çempionu olub

Qadınlardan ibarət Azərbaycan millisinin iki futbolçusu Türkiyə çempionu olub.

İdman.biz xəbər verir ki, Kristina Bakarandze və Nazlıcan Parlakın çıxış etdiyi "Qalatasaray" Türkiyə Super Liqasının qalibi adını qazanıb.

2023/24 mövsümünün çempionu son turda müəyyənləşib. “ALG Spor”a 2:0 hesabı ilə qalib gələn “sarı-qırmızılar” 71 xalla 1-ci yeri tutub.

Qeyd edək ki, “Trabzonspor” 69 xalla ikinci, “Fənərbaxça” 66 xalla üçüncü olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
idman.biz

2Mənbələr

Şərh ()
Bağla