AZ

"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atdı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

"Unikal" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
17
unikal.az

10Mənbələr

Şərh ()
Bağla