AZ

Rusiyada terror aktları törətməyə hazırlaşan şəxs SAXLANILDI

Rusiyada terror aktları törətməyə hazırlaşan şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının FTX-si məlumat yayıb. Bildirilir ki, Tambovda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə regional və arbitraj məhkəmələrinin binaları yaxınlığında partlayışlar hazırladığı iddia edilən Rusiya vətəndaşı saxlanılıb.

Həmin şəxs stansiyanın yaxınlığında naməlum əşyalar gizlədib. Onu Rusiya Dəmir Yollarının əməkdaşları görüb və təhlükəsizlik işçisi şəxsi saxlayıb.

İstehkamçılar ərazidə iki partlayıcı qurğu aşkar ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
interpress.az

1Mənbələr

Şərh ()
Bağla