AZ

Azərbaycan dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib- ÖZƏL

"Bu gün Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib. Davamlı olaraq ölkəmizdə tədbirlər keçirilir. Bir ay ərzində iki böyük tədbirə ev sahibliyi etmişik. Əlbəttə ki, bu dünya liderlərinin ölkəmizə olan etimadının bir göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bu parçalanmanı aradan qaldırmaq üçün biz bir araya gəlməliyik, parçalanmanı dəf etməliyik və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün fürsətlərdən istifadə etməliyik. Belə tədbirlərin məqsədi fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirmək, qarşılıqlı anlaşmaya doğru açıq mübadilə üçün platforma yaratmaqdır. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
olaylar.az

1Mənbələr

Şərh ()
Bağla