AZ

Ukraynaya xarici qoşunların göndərilməsinin tərəfdarları artır

Ukrayna qoşunlarının cəbhədə bir-birinin ardınca məğlubiyyətlərə dükar olması Kiyevin köməyinə xarici qoşunların göndərilməsi məsələsini get-gedə reallığa çevrilməkdədir.

Bu təşəbbüsün müəllifi Fransanın ardınca ABŞ-da da Ukraynaya yardım üçün ordunun göndərilməsi məsələsi gündəmə gəlib.

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların lideri Hakim Cefris dünyanın aparıcı telekanallarından biri olan "CBS" telekanalına verdiyi açıqlamasında bəyan edib ki, cəbhədəki vəziyyət Ukraynaya maliyyə və hərbi texniki yardımla bərabər qoşun göndərilməsini də zərurətə çevirməkdədir. Onun sözlərinə görə, ABŞ Ukraynanın məğlub olmasına imkan verə bilməz və verməməlidir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
oxumeni.az

1Mənbələr

Şərh ()
Bağla