AZ

Gəncə ŞBX-nın peşəkar komandası tərəfindən daha bir uğurlu əməliyyat icra olunub

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) peşəkar komandası tərəfindən daha bir uğurlu əməliyyat icra olunub.

 

Aztibb.az-q Gəncə ŞBX-dan bildirilib ki, xəstəxananın nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 1960-cı il təvəllüdlü Dilqəm Əsgərov yuxarı ətraf qurşaq və bazu səviyyəsində sınıq diaqnozu ilə yerləşdirilib.

 

Müayinələri aparılan pasiyentə bazu sümüyünün açıq osteosintez əməliyyatı olunub. Əməliyyat həkim-travmatoloq-ortoped Rahib İsgəndərzadə, assistent Zabit Vəliyev və uzman həkim-reanimatoloq-anestezioloq Murad Musayev tərəfindən uğurla icra olunub.

 

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
45
aztibb.az

1Mənbələr