AZ

ABŞ-da yeni nəsil təlimlər – ROBOTLAR VƏ SÜNİ İNTELLEKT

Pentaqonun bu yaxınlarda keçirdiyi təlimlər dünyanın hərbi analitiklərinin diqqətini cəlb edib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ generallarının son təlimdə tətbiq etdikləri taktika və strategiyanı bir çox müşahidəçilər Ukrayna müharibəsi ilə müqayisə ediblər.

Analitiklər Moxave səhrasındakı Fort İrvin təlim poliqonunda keçirilən təlimlərdə Rusiya-Ukrayna cəbhəsində aparılan döyüşlərin modelinə yaxın situasiyaların nəzərdən keçirilməsini xüsusi qeyd ediblər.

“Foreign Policy” jurnalının reportyorlarının müşahidə etdikləri "Project Convergence" adlı təlimlərdə ABŞ əsgərləri düşmən  “obrazını” ifa ediblər. Onlara qarşı aparılan döyüşləri əsasən hərbi texnika robot və süni intellek icra edib.

Nəşrin yazdığına görə, amerikan əsgərləri əsasən Rusiya və ya Çin ordularının modelində fəaliyyət göstəriblər. Təlimlərin təşkilatçıları bu cür birləşmələri real potensial rəqiblərdən daha da “güclü” etməyə çalışıblar.

Təlim zamanı Ukrayna müharibəsində yaşanmış Mariupol və Xerson uğrunda döyüşlər imitasiya olunub. Real situasiyalar yaratmaq üçün mülki şəxslərin rolu ifa edən xeyli sayda qeyri-hərbçilər də cəlb olunub.

“Project Convergence”in əsas xüsusiyyəti odur ki, “düşmən birlikləri”nə əsasən robotlar tərəfindən həmlə olunur.

Təlimdə şərti düşmən rolunda çıxış edən ABŞ hərbçilərindən biri bildirib ki, canlı insanlarla deyil, ruhsuz maşınlarla döyüşmək psixoloji cəhətdən çətindir: "Bir robotu vuranda və onu öldürə bilməyəndə bu, çox xüsusi hissdir".

Təlimləri müşahidə edən nəşrin reportyorları onu da qeyd ediblər ki, təlimlərdə heç bir həqiqi silahlardan istifadə edilməyib. Buna görə də analitiklər təlimlərin nəticələrini birmənalı qiymtləndirməkdə çətinlik çəkir.

Ekspertlər hesab edir ki, Pentaqon belə təlimlərin həqiqi situasiyaya daha yaxın nəticələrini əldə etmək üçün  gələcəkdə həqiqi silahlardan da istifadə olunmasını təmin edə bilər.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
herbiand.az

1Mənbələr