AZ

Qafqazda Rusiyasayağı qalaqurma - BİZİM ŞƏRH

Bu gün dünyada baş verən geopolitik proseslərdə əsas müzakirə mövzularından biri də Rusiyanın Cənubi Qafqazda qalıb-qalmamasıdır. Sözsüz ki, Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Amma bunu istəyənlər var və Cənubi Qafqaz ölkələri xalqları da bu istəklilərin içərisindədir.

Bu gün Ermənistanda və Gürcüstanda baş verənlər Rusiyanın Qafqazda qalmaq istəyindən doğan gərginlik kimi qiymətləndirilir.

Ermənistanə təsir dairəsində saxlamaq istəyən Rusiya Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə mane olur. Gürcüstanda isə Qərbin təsirlərini azaldacaq qanunun qüvvəyə minmsinə çalışır.

Fərqli situasiyalrdır. Doğrudur Gürcüstana Rusiyanın təsirini saxlamaqda maraqlı qüvvələr hakimiyyətdə, Ermənistan da isə müxalifətdədir. Amma dəst-xətt eynidir.

Ermənistanda baş verənlərə mayın8-dən sonra aydınlıq gətiriləcəyi ehtimal edilir.

Gürcüstanda isə ola bilsin ki, payızda keçiriləcək seçkilərdən sonra bir çox məsələlərə aydınlıq gətiriləcək.

Azərbaycanda isə situasiya tam fərqlidir.

Azərbaycan yaxın zamanlarda ərazisində Rusiya hərbi kontingenti olmayan yeganə Qafqaz dövləti olacaq. Ermənistanda Rusiyanın bazası var. Gürcüstanda isə Rusiya qoşunları beynəlxalq hüququn tanıdığı əraziləri faktiki işğal edib.

Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəddir. Ermənistan da Avropa İttifaqına can atır. Amma Azərbaycanın belə bir hədəfi olmadığını rəsmi olaraq birinci şəxsin dilindən səslənir. Baxmayaraq ki, Azərbaycanın əbədi strateji tərəfdaşı olan Türkiyə qarşısına Avropa İttifaqına üzv olmaq məqsədini qoyub.

Rəsmi Tiflis dəfələrlə Ukrayna böhranına görə, rəsmi Kiyevi qınadığını bildirib. Rəsmi Bakı Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi olmasına baxmayaraq Ukraynaya hər cür humanitar yardımlar edib və edir. Ermənistan isə bu məsələdə kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirir.

Belə bir şəraitdə Rusiya Qafqazda dağıdılmış qalaları bərpa etməyə çalışır.

Bacaracaqmı?

Zaman göstərər.

Amma bu gün ən ciddi sual bu deyil. Ən ciddi sual başqadır:

Rusiyanın Qafqazda qalmasını Rusiyadan başqa kim istəyir? Və niyə?

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
herbiand.az

1Mənbələr

Şərh ()
Bağla