AZ

“Apple” ABŞ tarixində ən böyük “buyback” elan etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Apple” korporasiyası 110 milyard dollar dəyərində ABŞ tarixində ən böyük səhmlərin geri alınması proqramını elan edib.

Banco.az xəbər verir ki, direktorlar şurası tərəfindən təsdiqlənən bu addım Amerika bazarı tarixində yeni rekorda imza atıb.

“Birinyi Associates” araşdırma şirkətinin məlumatına görə, şirkətin əvvəlki rekordu 2018-ci ildə texnologiya nəhəngi 100 milyard dollarlıq səhmin geri alınmasını elan etdikdə baş verib. Beləliklə, “iPhone” istehsalçısı ABŞ-da ən böyük səhm geri alınması üzrə öz rekordunu qırıb.

Məlumata görə,  buna səbəb “iPhone” satışlarının 10,6 faiz azalaraq 46 milyard dollara düşməsi olub.

Qeyd edək ki, “Apple” ABŞ-da indiyə qədər həyata keçirilən ən böyük on səhm geri alışından altısına sahibdir. Bu siyahıya “Chevron” və “Alphabet” də daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
banco.az

1Mənbələr

Şərh ()
Bağla