AZ

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakı, 6 may, AZƏRTAC

Hazırda tarixi anlar yaşayırıq. Neçə yüz illər sonra türk dövlətlərinin ortaq əlifbasının yaradılması istiqamətində bir yerə toplaşmağımız qürurvericidir.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın mayın 6-da Bakıda keçirilən ikinci iclasında deyib.

O bildirib ki, XX əsrə kimi türk dövlətləri bir-birinə daha yaxın olublar. Sonra bu yaxınlığa sanki ara verilib.

“Tarixin bizim üçün açdığı imkanlar çərçivəsində hazırda türk dövlətləri arasında çox gözəl bir yaxınlaşma var. Gəlin, ortaq türk əlifbasını yaradaq və adımız tarixə yazılsın”, - deyə Osman Mert vurğulayıb.

Onun sözlərinə görə, ortaq əlifba mədəniyyətimizin, dilimizin bir-birinə daha da yaxınlaşmasını təmin edəcək. Bu, həm də turizm baxımından çox əhəmiyyətlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azertag.az

1Mənbələr