AZ

Braziliyadakı daşqınlar nəticəsində 78 nəfər ölüb

Braziliyanın Riu-Qrandi-du-Sul ştatındakı daşqınlar nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

APA-nın “ARY News”a istinadən xəbərinə görə, bu barədə yerli rəsmilər məlumat verib.

Bildirilib ki, təbii fəlakətin miqyası genişlənə biləcəyindən ölənlərin sayının artacağı istisna edilmir. Evləri suların altında qalan 120 min nəfər isə təhlükəsiz ərazilərə köçürülüb.

Ötən gün Prezident Luis İnasio Lula da Silva və Nazirlər Kabinetinin üzvləri hadisə yerinə gəlib.

Təbiət hadisəsi nəticəsində körpülər və regionun yol infrastrukturu sıradan çıxıb. Elektrik xətlərində yaranan nasazlıq nəticəsində 500 min nəfər işıqsız qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
apa.az

1Mənbələr

Şərh ()
Bağla