Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.
Ednews - un məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, "Aqro-Belqorye" donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bildirilir ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq:
“Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”.
Əkbər