AZ

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb.

Oxu.Az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

“Hərbçi mina partlaması nəticəsində xəsarət alıb”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Məlumatda həmçinin bildirilir ki, minaya düşən hərbçi istehkamçı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
5
oxu.az

6Mənbələr

Şərh ()
Bağla