AZ

Danilov axtarışa verildi - » AzadMedia.az



Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksiy Danilovu axtarışa verib.

Azadmedia.az xəbər verir ki, bu barədə DİN-in verilənlər bazasından bəlli olub.

Belə ki, “7 sentyabr 1962-ci ildə Luqansk vilayətinin Krasnı Luç şəhərində anadan olmuş Oleksiy Myaçeslavoviç Danilov Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”, – deyə verilənlər bazasında nəql edilib.

Onun hansı cinayətdə şübhəli bilindiyi açıqlanmır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin verilənlər bazasından belə çıxır ki, Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin də axtarışa verilib. O həmçinin Rusiya Cinayət Məcəlləsinin maddələrindən biri ilə axtarışdadır. Bazaya görə, axtarışa verilənlər sırasında Ukrayna Ali Radasının keçmiş sədri, bu ölkənin baş nazirinin keçmiş müavini Volodimir Qroysman da var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
40
azadmedia.az

10Mənbələr