AZ

Rusiya onları da axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş spikeri Vladimir Qroysmanı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri Aleksey Danilovu axtarışa verib.

Olaylar xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Qeyd edək ki, Pavel Klimkin 2014-cü ilin iyunundan 2019-cu ilin avqustuna qədər Ukraynanın xarici işlər naziri vəzifəsində çalışıb. Vladimir Qroysman 2014-2016-cı illərdə Ali Radanın sədri, Aleksey Danilov isə 2019-2024-cü illərdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri olub. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
40
olaylar.az

10Mənbələr

Şərh ()
Bağla