AZ

Yığmamızın 8 atıcısı hədəfə doğru

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha iki dəst medal sahibini tapacaq.

Həm kişilər, həm qadınlar 10 m məsafədən tüfənglə atəş açmada final mərhələsində mübarizə aparacaqlar. Azərbaycan idmançıları həlledici raundda olmayacaq.

Yığmamızın 8 atıcısı 25 m məsafədən tapança ilə atəş açmada təsnifat mərhələsinə qatılacaq. Bu gün qadınlar final raunduna yüksələnləri müəyyənləşdirəcəklər. Yığmamızın üzvləri Leyli Əliyeva, Xanna Əliyeva, Nigar Nəsirova, Həqiqət Atayeva və Zeynəb Sultanova da hədəf önünə keçəcəklər.

Kişilərin yarışında isə təsnifat mərhələsi bu gün başlayır. Ruslan Lunyov, Cəfər Sultanlı və İlham Qarayev də final mərhələsinə vəsiqələr üçün yarışacaqlar.

Qeyd edək ki, yığmamız Dünya kubokunun əvvəlki günlərində medal qazanmayıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
idman.biz

1Mənbələr

Şərh ()
Bağla