AZ

Məşhur aktrisadan etiraf: “Həmkarım üçün soyundum”

Yazını böyüt
Yazını kiçilt

1980-ci ildə “The Blue Lagoon" filmi ilə 15 yaşında dünya şöhrəti qazanan Bruk Şilds, Netflix-də yayımlanacaq yeni filmi ilə gündəmdədir.

Hafta.az-ın “New York Post”a istinadən yazdığına görə, ABC-nin "The View" proqramına "Mother of the Bride"nı tanıtmaq üçün qatılan 58 yaşlı aktrisa həmkarı Benjamin Bratt üçün soyunduğunu açıqlayıb.

Bruksun karyerasının başlanğıcı çılpaq səhnələrlə doludur. 11 yaşında fransız rejissor Lui Mallenin mübahisəli “Pretty Baby” filmi üçün soyunan aktrisa 2023-cü ildə nümayiş olunan “Pretty Baby: Brooke Shields” sənədli filmində bu təcrübəsini belə izah edib: “Düşüncələrimi və hisslərimi erkən ayırmağı öyrəndim. Bu, sağ qalma texnikasıdır”.

Mayın 9-da Netflix-də yayımlanacaq “Mother of the Bride”nın süjeti rəqəmsal platformada belə ümumiləşdirilib: "Ana sevdiyi qızının toyu üçün tropik adaya gedir. Ancaq çox çəkmir, bəyin atasının onilliklər ərzində görmədiyi keçmiş sevgilisi olduğunu başa düşür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
hafta.az

1Mənbələr

Şərh ()
Bağla