AZ

Türkiyə Böyük Millət Məclisinin sədri Meksikada görüşlər keçirəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın meydana gətirdiyi MİKTA-nın 10-cu Məclis Sədrləri Toplantısında iştirak etmək üçün Meksikanın paytaxtı Mexiko şəhərinə gedib.

"Operativ Media" xəbər verir ki, TBMM sədrini Felipe Anceles Beynəlxalq Hava Limanında Türkiyənin Meksikadakı səfiri İlhan Kamal Tuğ, Meksika Nümayəndələr Palatasının Meksika-Türkiyə Dostluq Qrupunun sədri Alfredo Aurelio Qonzales Kruz və digər əlaqədar şəxslər qarşılayıblar.

MİKTA-nın Parlament Sədrlərinin 10-cu Toplantısı paytaxt Mexikoda “Daha dinc, bərabər və ədalətli dünya qurmaq üçün parlamentlərin birgə fəaliyyəti” mövzusu ilə keçiriləcək.

Meksika Nümayəndələr Palatasının sədri Marsela Querra Kastillonun ev sahibliyi etdiyi MİKTA Parlament Sədrlərinin 10-cu Toplantısında “Dialoq vasitəsilə qlobal sülhün inkişafı: Parlamentlər necə təsir yarada bilər?”, “Ticarət dayanıqlı inkişafın gücləndirilməsi vasitəsi kimi”, "Ümumi Rifah” və “Beynəlxalq Miqrasiya” adlı mövzular müzakirə olunacaq. 

TBMM sədrinin bu iclaslarda çıxış etməsi və immiqrasiya ilə bağlı iclasa sədrlik etməsi gözlənilir.

Görüş çərçivəsində Numan Kurtulmuş Meksika Nümayəndələr Palatasının sədri Kastillo ilə də ikitərəfli görüş keçirəcək.

Kurtulmuşun Meksika prezidenti Andres Manuel Lopez Obradorun MİKTA parlament sədrlərinin şərəfinə verdiyi dəvətə qatılacaq və ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
operativmedia.az

2Mənbələr

Şərh ()
Bağla