AZ

Niyə insanlar dələlərlə bir dam altında yaşamırlar?

Yazını böyüt
Yazını kiçilt

Niyə dələlərin insanlarla bir dam altında yaşaya bilməməsinin səbəbi aydınlaşdırılıb. Yeni araşdırma nəticəsində məlum olub ki, orta əsr İngiltərəsində qırmızı dələ ilə insanlar bir-birinə cüzam keçirib. Tədqiqatçılar xəz ticarətinin xəstəliyin ötürülməsində rol oynadığını düşünürlər.

Hafta.az-ın yazdığına görə, əvvəlki araşdırmalar orta əsrlərdə İngiltərə, Danimarka və İsveçdə insanlarda cüzam xəstəliyinə səbəb olan bakterial variantın bu gün Böyük Britaniyada dələlərdə görülən varianta yaxın olduğunu müəyyən edib. Bu tapıntı xəstəliyin İngiltərədə xəz ticarəti yolu ilə yayıldığı nəzəriyyəsinə səbəb olsa da, bunu təsdiqləyən daha güclü dəlil tapılmadı.

Dünən “Current Biology” jurnalında dərc edilən araşdırma, İngiltərədə 600-900 il əvvəl yaşayan insanlar və qırmızı dələlərin cüzam xəstəliyinə səbəb olan Mycobacterium leprae bakteriyasının çox yaxın variantını daşıdığını ortaya qoydu. Leicester Universitetindən Dr. Sarah İnskip həmmüəllifi olduğu araşdırma haqqında deyir: "Arxeoloji qeydlərdə ilk dəfədir ki, heyvanda cüzam aşkar edirik, bu, həqiqətən də həyəcan vericidir".

Yoluxucu xəstəliyin tarixinə işıq salmaq üçün beynəlxalq komanda 11-15-ci əsrlərdə cüzam xəstəxanasına ev sahibliyi edən və dələ xəzi ticarəti ilə tanınan Vinçesterdəki xarabalıqları araşdırıb. Alimlər 600-900 il əvvələ aid 25 insan sümüyü və 900-1000 il əvvələ aid 12 dələ sümüyü üzərində analiz aparıblar.

DNT analizi sümüklərdə çox oxşar variantların tapıldığını göstərsə də, tədqiqatçılar bu tapıntının cüzam xəstəliyinin iki növ arasında ötürüldüyünə işarə etdiyini söyləyirlər. Digər tərəfdən, xəstəliyin hansı növün digərinə ötürüldüyü hələ də qeyri-müəyyən olaraq qalır. İnskip tapıntıları belə izah edir: “Vinçesterdə aparılan arxeoloji qazıntılarda dələ və insanlarda tapılan variantlar arasında orta əsrlər və müasir dələlərdə görülən variantlardan daha sıx əlaqə var”.

Tədqiqatçılar öz məqalələrində təkcə 1384-cü ildə Skandinaviya və digər ölkələrdən İngiltərəyə 377200 dələ dərisinin gətirildiyini qeyd edərək, xəstəliyin bu yolla ötürülə biləcəyini düşünürlər.

Digər tərəfdən, bu dövrdə dələlərin ev heyvanı kimi saxlanmasının da rolu ola bilər. "Hər iki mexanizm mümkündür və bir-birini ləğv etmir" deyə İnskip qeyd edir.

Tədqiqatçılar ümid edirlər ki, yeni tapıntılar cüzamın aradan qaldırılmasına kömək edəcək. Tədqiqatın həmmüəllifi Verena Schünemann deyir: "Qədim heyvan və insan növləri arasında birbaşa müqayisənin aparılması bizə zamanla mümkün ötürülmə hadisələrini yenidən quraraq xəstəliyin uzunmüddətli zoonoz potensialı haqqında nəticə çıxarmağa imkan verir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
hafta.az

1Mənbələr