Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan deyib ki, “Ukrayna ABŞ-dan yardım aldıqdan sonra 2025-ci ildə yeni əks-hücum keçirə bilər.
Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, Sullivan deyib ki, lakin yardım paketi döyüş meydanında vəziyyətin dərhal Rusiyanın xeyrinə dəyişməsinə səbəb olmayacaq.
Sullivan “Rusiyanın qarşıdakı dövrdə döyüş meydanında uğur gözlədiyini” vurğulayaraq, “ABŞ-ın yeni yardımlarına baxmayaraq, hər şeyi bir gecədə tərsinə çevirə bilməzsiniz. Ümid edirik ki, dəstəyimiz Ukraynaya cəbhədəki vəziyyəti saxlamağa və Rusiyanın hücumuna tab gətirmək qabiliyyətini təmin etməyə kömək edəcək" deyib.