AZ

Xaricdəki ukraynalı kişilər narahatdır: “Bizi izləyirlər”

Yazını böyüt
Yazını kiçilt

“Washington Post” qəzeti Kiyev administrasiyasının xaricdə yaşayan hərbi yaşda olan vətəndaşlara tətbiq etdiyi pasport məhdudiyyətinin ukraynalı kişilərdə mənfi reaksiya yaratdığını yazıb.

Hafta.az-ın yazdığına görə, hesabatda deyilir ki, bu təcrübə “xaricdəki ukraynalı kişilərə öz ölkələrinə qayıtmaları üçün təzyiq göstərir”.

Soyadının açıqlanmasını istəməyən 42 yaşlı Aleksandr 24 fevral 2022-ci ildə başlayan müharibədən əvvəl Avstriyada məskunlaşdığını ifadə edərək, “Bunu “Nə olursa olsun” yanaşması ilə etdilər. Bizə sözün əsl mənasında “sizi tutacağıq, cəzalandıracağıq” deyirlər. Mənimsə ən böyük qorxum ölməkdir" deyib.

Polşada yaşayan 38 yaşlı Andriy də Kiyev administrasiyasının qərarını tənqid edərək, “Sevdiyim və dəyər verdiyim ölkə incidilmiş yeniyetmə kimi davranır. Dövlətim məni satqın kimi görsə, qəbul etmərəm” deyib.

Yalnız adını paylaşan Saveliy Ukraynanın vəziyyətini anladığını bildirib. Böyük Britaniyada yaşayan 35 yaşlı ukraynalı deyib: "Bu qərar qismən balanslaşdırma ilə bağlıdır. Ukraynada kişilərin bu şəkildə yaşaması ədalətli deyil".

Ukrayna parlamentində aprelin 10-da keçirilən iclasda sərtləşdirilmiş səfərbərlik qanunu 351 deputatdan 283-nün səsi ilə qəbul edilib. Qanuna əsasən, 18-60 yaş arası ukraynalı kişilər hər zaman yanlarında hərbi qeydiyyat şəhadətnaməsi daşımalı idilər. Bildirilib ki, xaricdə yaşayan və sənədi olmayan şəxslər yeni pasport ala bilmirlər.

Qeyd olunan yaş aralığında hərbi xidmətə cavabdeh olan şəxslər Ukraynanın xarici diplomatik qurumlarında yalnız hərbi qeydiyyat məlumatlarını yenilədikdə konsulluq xidməti ala biləcəklər. Qanun mayın 18-dən qüvvəyə minəcək.

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 2-də parlament tərəfindən qəbul edilmiş səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanunu təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
hafta.az

1Mənbələr

Şərh ()
Bağla