AZ

"Azəri Star Mikromaliyyə” BOKT zərərdən çıxa bilməyib - HESABAT

"Azəri Star Mikromaliyyə” BOKT MMC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, BOKT 2023-cü ili 41,8 min manat xalis zərərlə başa vurub. 2022-ci ildə isə 54,4 min manat zərər etmişdi. BOKT hesabat dövründə mənfəət vergisi ödəməyib.

"Azəri Star Mikromailyyə" 2023-cü ildə 38 min manat gəlir əldə edib. 2022ci ildə isə gəlirlər 15,5 min manat idi.

Ötən il BOKT-un aktivləri 27,2 min manat və ya 10,8% artaraq 278,5 min manata, öhdəlikləri isə 10,4 min manat və ya 3,1 dəfə artaraq 15,3 min manata yüksəlib.

Balans kapitalı isə 263,2 min manata bərabər olub.

Bununla belə BOKT-un nizamnamə kapitalı 305 min manat, başqa sözlə 2 dəfə kiçilib.

Yığılmış zərəri isə 42 min manat və ya 6,7% artaraq 666 min manata çatıb.

image

image

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
fed.az

1Mənbələr