“Mançester Yunayted”in futbolçusu Harri Maquayr mövsümü başa vurub.
İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi zədə üzündən üç həftəyə yaxın müddəti buraxmalı olacaq. Bu da o deməkdir ki, Maquayr cari mövsümdə meydana çıxmayacaq.
Qeyd edək ki, müdafiəçi Premyer Liqanın 22 matçında 2 qol və 2 assistə imza atıb.
İdman.biz