AZ

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı -SƏBƏB - FOTO

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, buna boğazın şimal girişində 64 m uzunluğunda olan BRABUS adlı yük gəmisinin sükanının sıradan çıxması səbəb olub.

Sahil Təhlükəsizliyi Baş İdarəsindən bildirilib ki, Trabzondan Bandırmaya gedən BRABUS-un sükanında nasazlıq yaranıb. Hadisə yerinə RESCUE-10 yedək gəmisi və KEGM-8 sürətli xilasetmə qayığı yönəldilib.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
bakivaxti.az

4Mənbələr