Məşhur müğənninin konsertinə 1,6 milyon tamaşaçı gəlib
Məşhur müğənni Madonnanın Rio-de-Janeyro şəhərinin çimərliyində təşkil edilmiş solo-konsertinə 1,6 milyon tamaşaçı toplaşıb.
Reyting.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Şəhərin meriyası konsertin təşkili üçün 20 milyon real xərclədiyini, amma tədbirin büdcəyə 300 milyon gəlir gətirdiyini açıqlayıb.
V. QULİYEV