AZ

Piyadavurma hallarının sayı günbəgün artır: Bu halların qarşısını almaq üçün... - VIDEO

Piyadavurma hallarının sayı günbəgün artır: Bu halların qarşısını almaq üçün... - VIDEO

Paytaxtda bəzi piyada keçidlərində insanlar özün əsl mənasında təhlükəyə atırlar. Amma bunun qarşısını almaq üçün keçidlərin bəzilərində məhəccərlər quraşdırılıb. Amma mütəxəssislər deyir ki, bu da çıxış yolu deyil.

Ərazidə piyada keçidi olduğu halda piyada onlar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışırlar. Bu həm onların özləri üçün, həm də sürücülər üçün ciddi təhlükə yaradır. Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsi, İnşaatçılar metrosunun ətrafı olan bu ünvanda hər gün eyni mənzərə yaşanır.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ARB Xəbər"in əməkdaşları sözügedən ünvanda araşdırma aparıb:

"Yeraltı keçidi olduğu halda piyadalar özlərini maşının qabağına atırlar. Neçə dəfə bu ünvanda maşın adam vurub. Amma yenə də dərs olmur. Hələ onlar üçün nəzərdə tutulmayan yolu keçməyə çalışırlar".

Keçiddən istifadə etməyənlər isə özlərinə bu formada haqq qazandırmağa çalışırlar. Belə ki, kimisə sağlamlığında problem olduğunu və pilləkənləri çıxa bilmədiyini, kimisi də tələskənlikdən bunu etdiyini bildirirlər. Məhəccərlər qoyulduqdan sonra insanlar məcbur olur ki, yerüstü piyada keçidindən istifadə etsinlər.

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
sonxeber.az

1Mənbələr

Şərh ()
Bağla