AZ

Son 3 tur: kim kimlə qarşılaşacaq?

Misli Premyer Liqasında mübarizə ən kəskin dövründədir. Çempion bəllidir, son pilləni tutan da dəyişməyəcək. Amma…

…Amma avrokuboklara vəsiqə uğrunda 4 komanda barışmaz rəqabətdədir. “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi”dən biri qitə yarışlarına yollanmayacaq.

Komandaların hazırkı xal durumu və növbəti 3 turdakı rəqibləri:

Zirə – 52: Qarabağ (ev), Kəpəz (səfər), Səbail (ev)

Sabah – 52: Qəbələ (səfər), Sumqayıt (ev), Neftçi (səfər)

Sumqayıt – 51: Səbail (ev), Sabah (səfər), Qəbələ (ev)

Neftçi – 50: Kəpəz (ev), Səbail (səfər), Sabah (ev)

Bu rəqabətdə son iki tur “Sabah” üçün xüsusilə əlamətdar olacaq. “Bayquşlar” birbaşa rəqibi olan “Sumqayıt”la evdə, “Neftçi” ilə səfərdə qarşılaşacaq. Bəlkə də məhz son turdakı qarşılaşma həlledici olacaq.

Bu komandalardan üçü ilə oyunu qalan “Səbail” mübarizəyə həlledici təsir göstərə bilər. “Kəpəz”in də 2 komandanı büdrətmək imkanı var.

“Zirə” hazırda 3 vəsiqəyə 4 iddiaçının mübarizəsində liderdir. Amma “qartallar”ı növbəti turda “Qarabağ”la çətin matç gözləyir. Əvəzində Rəşad Sadıqovun avrokuboklara getmək üçün daha bir şansı olacaq. Qəsəbə təmsilçisi ölkə kubokunun finalına vəsiqə qazandığından, özü “dördlük”dən kənar qalacağı halda 4-cü pillənin sahibini peşman edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
futbolinfo.az

1Mənbələr

Şərh ()
Bağla