Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Brayton” doğma meydanda “Aston Villa”nı tək qolla məğlub edib.
Uğursuz mövsüm keçirən “Çelsi” bu dəfə “Vest Hem”lə qarşılaşıb. London təmsilçisi doğma meydanda qarşılaşdığı bu rəqibinə 5 cavabsız qolla qalib gəlib.
Altı qolun qeydə alındığı “Liverpul” – “Tottenhem” matçında isə meydan sahibləri qələbə qazanıblar.
36-cı tura sabah – mayın 6-da keçiriləcək “Kristal Pelas” – “Mançester Yunayted” matçı ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
36-cı tur
3 may
Luton Taun – Everton 1:1
Qollar: Adebayo, 31 – Kalvert-Levin, 24-pen.
4 may
Arsenal – Bornmut 3:0
Qollar: Saka, 45-pen. Trossard, 70. Rays, 90+7.
Brentford – Fulhem 0:0
Börnli – Nyukasl 1:4
Qollar: O`Şi, 86 – K.Uilson, 19. Lonqstaff, 35. B.Gimarayns, 40. A.İsak, 55.
Şeffild Yunayted – Nottingem Forest 1:3
Qollar: Brereton Dias, 17-pen – Hadson-Odoi, 27; 65. Yates, 51.
Mançester Siti – Vulverhempton 5:1
Qollar: Haland, 12-pen; 35; 45+3-pen; 54. X.Alvares, 85 – Hvanqa, 53.
5 may
Brayton – Aston Villa 1:0
Qol: Joao Pedro, 87.
Çelsi – Vest Hem 5:0
Qollar: Palmer, 15. Qallaxer, 40. Madueke, 36. N.Cekson, 48; 80.
Liverpul – Tottenhem 4:2
Qollar: Salah, 16. E.Robertson, 45. Qakpo, 50. Elliot, 59 – Riçarlison, 72. Son, 77.
6 may
23:00. Kristal Pelas – Mançester Yunayted