Azərbaycan yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasının 35-ci turunda xal itirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Hatayspor” “Qaziantep”lə heç-heçə oynayıb.
Autsayderlər qrupunda yer alan komandaların görüşü 1:1 hesabı ilə yekunlaşıb. Renat bu matçda meydana çıxmaq şansı qazanmayıb. Hataylılar 4 oyunluq məğlubiyyət seriyasına son qoyublar.
Qeyd edək ki, Dadaşovun komandası 34 xalla 18-ci pillədə qərarlaşıb.
İdman.biz