AZ

"Titanik"in aktyoru vəfat etdi 

Britaniyalı məşhur aktyor Bernard Hill vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib.

 

Hill 1997-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Titanik” filmində Kapitan Edvard Smit, “Üzüklərin hökmdarı”nda isə Teoden rollarını canlandırıb.

 

Qeyd edək ki, Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. O, ilk dəfə 1982-ci ildə “Boys on the Sideline” teleserialında çəkildikdən sonra şöhrət qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
modern.az

10Mənbələr

Şərh ()
Bağla