Futbol üzrə İsveç çempionatında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Vesteros"un qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa bu matçda iştirak etməyib. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
Xallarını 13-ə yüksəldən "Yurqorden" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.