AZ

Avropa Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Avropa Kubokunda növbəti dəfə bürünc medal qazanıb.

Hafta.az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə buna nail olub.

Hakimlər onların çıxışını 29 950 xalla qiymətləndiriblər.

Bu proqramda Bolqarıstan (33 900) birinci, İtaliya (33 700) isə ikinci yeri tutub.

Komandamız 5 halqa ilə də qüvvəsini sınayıb. 36 950 xal toplayan yığmamız dördüncü pillədə qərarlaşıb. İsrail (38 950) qızıl, İtaliya (38 050) gümüş, Bolqarıstan isə bürünc (37 750) mükafata yiyələnib.

Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
hafta.az

2Mənbələr

Şərh ()
Bağla