İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun “X”dəki səhifəsində paylaşım olunub.
“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - məlumatda qeyd edilib.
Netanyahu həmçinin kanalın qadağan edilməsi ilə bağlı əmr imzalayan rabitə naziri Şlomo Karyaya təşəkkür edib.