AZ

Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş "Aurus" avtomobili ilə gələcək.

Publika.az xəbər verir ki, rus liderin yeni avtomobili ilk dəfə "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramının efirində nümayiş etdirilib.

Yaradıcıları avtomobildə bir sıra dəyişikliklər edildiyini açıqlayıb. Optika, radiator barmaqlığı, qabaq bamper, kapot, qanadlar dəyişib. Qeyd edilib ki, "Aurus"un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Xatırladaq ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
publika.az

10Mənbələr

Şərh ()
Bağla