AZ

"Roma" portuqaliyalı üçün 15 milyon avro ödəməyəcək

"Roma" PSJ-dən icarəyə götürdüyü Renato Sançeslə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İtaliya klubu portuqaliyalı yarımmüdafiəçini komandada saxlamayacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Paytaxt təmsilçisi 26 yaşlı futbolçu üçün 15 milyon avro ödəmək niyyətində deyil. Portuqaliya millisinin üzvü Paris klubuna qayıdacaq.

Qeyd edək ki, Renato Sançes "Roma"nın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sportal.az

1Mənbələr

Şərh ()
Bağla