AZ

İmtahan nəticələri 3 həftə ərzində elan olunacaq –DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 5-də imtahanlar keçirilib.

Mərkəzdən verilən məlumata görə, mayın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 5-də aşağıdakı imtahanlar keçirilib.

Mərkəzdən verilən məlumata görə, onlar belə sıralanır:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
azpost.info

10Mənbələr

Şərh ()
Bağla